Dərc edildi: Baxış sayı: 309
"Arsenal" uelsli futbolçu ilə yollarını ayıracaq
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə "Arsenal"ı mövsümün sonunda futbolçusu Aron Remzi ilə yollarını ayıracaq.
"Report" "Mirror"a istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilə bağlamaq istəsə də, daha sonra danışıqlar, müsbət nəticə vermədi üçün dayandırılıb.
Yeni müqavilə imzalanmayacağı təqdirdə, uelsli oyunçu mövsümün sonunda azad agent kimi başqa kluba keçə bilər.
Qeyd edək ki, Aron Remzi 2008-ci ildən "Arsenal"da çıxış edir. O, ötən mövsüm "topçular"ın heyətində 24 Premyer Liqa oyununda 7 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət