Dərc edildi: Baxış sayı: 545
"Arsenal" Emerini qovur: Namizəd də məlumdur
“Arsenal” klubunun idman direktoru Raul Sanlyei “Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyo ilə birgə nahar edib.
Offsideplus.az xəbər verir ki, London klubunun rəhbərliyi komandanın hazırkı baş məşqçisi Unai Emeri ilə futbolçular arasında münasibətlərin pisləşməsindən, həmçinin ünsiyyətdə dil probleminin olmasından narahatdır. İspan məşqçinin artıq bir-iki oyunluq limitinin qaldığı da iddia edilir.
“Arsenal”ın hazırda İngiltərə Premyer Liqasına yaxşı bələd olan nüfuzlu məşqçi axtarışında olduğu, Mourinyonun planlarının isə klub rəhbərliyini razı saldığı bildirilir.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət