Slimfit
  1. İDMAN

“Arsenal” Amerika Kubokunun bombardirini alır

“Arsenal” Amerika Kubokunun bombardirini alır
Sakura

“Arsenal” Amerika Kubokunun bombardirini alır

İngiltərənin “Arsenal” klubu Braziliya millisinin futbolçusu Everton Soaresi transfer edəcək.

Report” “Sky Deutschland”a istinadən xəbər verir ki, London təmsilçisi 23 yaşlı hücumçunun keçidi üçün Braziliyanın “Qremio” klubuna 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, Everton Braziliya millisinin heyətində 12 oyuna 3 qol vurub. O, bütün qolları qalibi olduqları Amerika Kubokunda rəqib qapısından keçirib. Gənc hücumçu Peru yığmasının futbolçusu Xose Paolo Gerrero ilə birgə turnirin şərikli bombardiri olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR