Dərc edildi: Baxış sayı: 492
Arsen Vengerə 4 milyonluq təklif
İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger Yaponiyanın “Vissel Kobe” klubunu çalışdıra bilər.
Yenicag.az xəbər verir ki, 69 yaşlı fransalı mütəxəssisə illik 4 milyon avro məvaciblə 2021-ci ilin sonunadək müqavilə təklif edilib. Klub rəhbərliyinin A.Vengeri seçməsinin əsas səbəblərindən biri də onun yapon dilini bilməsidir.
“Vissel Kobe” klubunda bir sıra tanınmış avropalı futbolçular – Andres İniesta, David Villa və Lukas Podolski çıxış edirlər.
Qeyd edək ki, 1996-2018-ci illərdə “Arsenal”ı çalışdıran fransalı mütəxəssisin rəhbərliyi dövründə “topçular” üç dəfə İngiltərə çempionatının, yeddi dəfə ölkə kubokunun, bir dəfə isə İngiltərə Liqa (FA) kubokunun sahibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət