Slimfit
  1. SİYASƏT

“Arqumentı i faktı”: “Azərbaycan xalqı öz prezidentini seçdi”

“Arqumentı i faktı”: “Azərbaycan xalqı öz prezidentini seçdi”
Sakura

“Arqumentı i faktı”: “Azərbaycan xalqı öz prezidentini seçdi”

Rusiyanın “Arqumentı i faktı” nəşri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini işıqlandırıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, nəşrin ölkəmizdəki müxbiri Prezident İlham Əliyevin böyük fərqlə qalib gəldiyini, digər namizədlərdən isə yalnız üçünün bir faizdən artıq səs topladığını xüsusilə qeyd edib.

“2023-cü ildə Azərbaycan Qarabağa nəzarəti bərpa edib. Məhz buna görə də Azərbaycanda 1991-ci ildə müstəqillikdən sonra ilk dəfə olaraq bütün respublika ərazisində növbədənkənar seçkinin keçirilməsi qərara alınıb. Bu baxımdan da, Cənubi Qafqaz dövləti üçün bu səsvermə tarixi əhəmiyyət daşıyır”, - məqalədə bildirilir.
Həmçinin, seçicilərin fəallığı və seçkinin şəffaflığının da yüksək səviyyədə olduğu diqqətə çatdırılır.

“Son rəqəmlərə görə ölkədə seçici fəallığı 70 faizdən çox olub. Bu isə o deməkdir ki, sözün həqiqi mənasında Azərbaycan xalqı öz prezidentini seçib. Seçkinin şəffaflığı seçki məntəqələrində yerləşən 1000-ə yaxın veb-kamera, həmçinin MDB, ATƏT, Türk Dövlətlərinin Parlament Assambleyası və digər təşkilatlardan çoxsaylı beynəlxalq müşahidəçilər tərəfindən təmin edilib. Ümumilikdə, Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sözlərinə görə, prezident seçkisi zamanı dünyanın müxtəlif ölkələrindən 109 KİV-dən 790 beynəlxalq müşahidəçi və jurnalisti prosesi izləyib”, - materialda qeyd edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR