Armudun bu növü mədə xərçənginin qarşısını alır - Faydaları
Asiya armudu olaraq bilinən naşi armuduna (digər adı - çin armudu) ölkəmizdə alma armudu da deyilir.
Yuvarlaq formaya sahib olan, şirin və sulu naşi armudunun sağlamlığa da bir çox faydası var. Ailem.az naşi armudunun faydalarını sadalayır.
Qeyd edək ki, bu növ armudun bir neçə fərqli rəngi mövcuddur. Sarı, narıncı və qəhvəyi rəngləri olan naşi armudu digər armudlardan daha şirin və suludur.
Qanı təmizləyir
Asiya armudunun bilinən ən önəmli faydası qanı neytrallaşdırmasıdır. Qan bədənimizin ifadə yerinə düşərsə benzini kimidir. Qanın təmiz olması orqanizm sağlığı baxımından olduqca əhəmiyyətlidir.
Naşi armudu qanın tərkibində olan sərbəst radikalların təmizlənməsinə yardımçı olaraq bədənimizdə hər hansı bir xəstəliyin yaranmasına əngəl olur.
Həzm sistemini təmizləyir
Bu armud növü az kalorilidir. Qidalı liflərlə zəngin olduğundan bağırsaqları yaxşı təmizləyir.
Xərçəngin riskini azaldır
Bir çox digər lifli meyvə və tərəvəzlər kimi çin armudu da xərçəng xəstləliklərinin (xüsusilə bağırsaq xərçənginin) riskini azaldır.
Mədə və ağciyər xərçənginin qarşısını alır
Naşi armudu həddindən çox hidroksisinnamik turşusu və kuersetin antioksidantlarla zəngin olduğundan mədə və ağciyər xərçənginin qarşısını almağa yardımçı olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət