Arıqlamaq üçün axşam yedikdə faydalı olacaq 7 məhsul
Dietologiya sahəsindəki ekspertlər axşam yeməyi üçün istifadəsi məsləhət görülən 7 məhsulu açıqlayıblar. Əgər çoxları indiyə qədər axşam 6-dan sonra yeməyin zərərli olmasını düşünürsə, onda bu siyahı onlara heç bir əziyyət olmadan formada qalmağa kömək edəcək.
İnsan orqanizmi aclığı çox ağrılı şəkildə qəbul edir (xüsusilə zərif cinsin nümayəndələrində). Qadın bədəni uşaq dünyaya gətirmək üçün nəzərdə tutulub, buna görə də qida maddələrinin çatışmazlığı və sərt aclığı o təhlükə kimi qəbul edir. İnsan orqanizmi aclıq hiss edəndə, dərhal enerjini xərcləyərək deyil, kalori şəklində ehtiyat yığmağa başlayır. Buna görə də arıqlamaq istəyən yatmaq istəyərkən qidanın azlığından özünü narahat hiss edirsə, onda səhər onun bədəni səhər yeməyində yediklərini ehtiyat olaraq saxlayacaq.
Artıq çəkidən qurtulmaq üçün axşamlar yeməyi məhdudlaşdıraraq, heç də özünə əziyyət verməyə dəyməz. Müəyyən qida rasiona riayət etmək kifayətdir. Mütəxəssislər yatmazdan əvvəl istifadəsi fayda verəcək 7 məhsulun siyahısını tərtib ediblər.
- Ağartı məhsulları Onların tərkibində yaxşı həzm olunan və əlavə yağ kimi yığılmayan yüngül zülal var.
2. Süd. O təkcə zülal deyil, həm də sakitləşdirici xüsusiyyətə malik olan və tam yuxunu təmi edən triptofan mənbəyidir.
3. Faydalı zülal mənbəyi olan yumurta
4. Quş əti. O maddələr mübadiləsi prosesini normal səviyyədə dəstəkləyir. Bundan başqa, onun tərkibində faydalı vitamin və minerallar var. Bununla belə onda demək olar ki, karbohidratlar yoxdur.
5. Ağ balıq. Onun faydası ondan ibarətdir ki, tərkibində yağın az olması ilə yanaşı onda faydalı zülal çoxdur.
6. Yağsız hazırlanmış və az duzlu pörtlədilmiş tərəvəzlər. Bu yeməyin sayəsində bağırsaqdan toksinlə ifraz olunur.
7. Giləmeyvələr. Bu dadlı qidalarda kalori çox azdır, faydalı maddələr isə çoxdur.
Mənbə: Dni24.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət