Slimfit
  1. MARAQLI

Arıqlamağa kömək edən səhər vərdişləri

Arıqlamağa kömək edən səhər vərdişləri
Sakura

Arıqlamağa kömək edən səhər vərdişləri

Əgər bir neçə səhər vərdişinə əməl etsəniz, sərt pəhriz və yorucu məşqlərsiz də arıqlaya bilərsiniz. Bu barədə Avstraliyanın tanınmış diyetoloqu Syuzi Barrell danışıb. “Qafqazinfo”nun məlumatına görə, mütəxəssisin məsləhətlərini “Daily Mail” nəşri yayımlayıb.

İlk növbədə, Barrellin sözlərinə görə, hər səhər 300-500 ml. su içmək lazımdır. Bu, gecə istirahətindən sonra hidratasiyanı bərpa etməyə və həzm sistemini işə salmağa kömək edəcək. Eləcə də həmin vaxtda yaşıl çay içmək tövsiyə olunur. Kofein isə metabolizmi yaxışlaşdırır və arıqlamağa kömək edir. Barrell onu südsüz içməyi məsləhət görür.  

İkinci səhər vərdişi zülallı səhər yeməyi olmalıdır. Bu cür qida qanda qlükozanın səviyyəsini normallaşdırmağa kömək edəcək və uzun müddət sizi tox saxlayacaq. Və onda heç nə yemədən, əlavə kalorisiz nahara qədər dözmək mümkün olacaq. Bundan əlavə, diyetoloq gündə 20-30 qram lif qəbul etməyi məsləhət görür.

Mütəxəssis günə şirniyyatla başlamamağı tövsiyə edir. Əks halda, orqanizm onu irəliləyən saatlarda da tələb edəcək. Səhər yeməyinə ağ çörək, meyvəli yoqurt və keks daxil etmək məqsədəuyğun sayılmır.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR