Hər bir insan öz yaşını, maddələr mübadiləsinin sürətini və həyat tərzini nəzərə alaraq qidalanma məsələlərinə fərdi yanaşmalıdır
Ens.az bildirir ki, rusiyalı dietoloq Yelena Solomatina arıqlama prosesində fəstfud yeməyin ideal vaxtını açıqlayıb. Solomatina kilo vermək üçün əsas fəaliyyətdən əvvəl səhər yeməyini yeməyi məsləhət görüb. Onun bildirdiyinə görə, səhər istənilən insanın bədənində maddələr mübadiləsi daha sürətlidir və gün ərzində əlavə kalorilərin "yandırılması" üçün vaxt var.
Dietoloq bu məsələlərdə universal qaydalar toplusunun olmadığını söyləyib. Hər bir insan öz yaşını, maddələr mübadiləsinin sürətini və həyat tərzini nəzərə alaraq qidalanma məsələlərinə fərdi yanaşmalıdır.
Daha əvvəl Avstraliyadan olan dieotoloq arıqlamaq və arzu olunan çəkini qorumağın altı sirrini açıqlamışdı. Stressə qapılmamağı, daha çox salat və ya tərəvəz yeməyi və yarımfabrikat qidaları azaltmağı məsləhət görür. Bundan əlavə, daha çox hərəkət etməyi, yeməkdən əvvəl və yemək zamanı su içməyi və düşünülmüş şəkildə qidalanmağı tövsiyə edir.
Mənbə: lenta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət