Slimfit
  1. İDMAN

Arif Əsədov: 'İndi elə vəziyyətdir ki, kim nə bacarırsa, onu da edir'

Arif Əsədov: 'İndi elə vəziyyətdir ki, kim nə bacarırsa, onu da edir'
Sakura

Arif Əsədov: 'İndi elə vəziyyətdir ki, kim nə bacarırsa, onu da edir'

"Millinin baş məşqçisi ilə bağlı sual mənə aid deyil. Hələlik virusla bağlı hamı öz evinə çəkilib. Ona görə məndə də bu barədə məlumat yoxdur".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin məşqçisi Arif Əsədov deyib. 

50 yaşlı mütəxəssisin sözlərinə görə, AFFA ölkə xaricində olan yığma üzvləri ilə daim maraqlanır: "Milli komandada xüsusi şöbə var, onlar həmin oyunçularla mütəmadi maraqlanaraq, bizə də məlumat ötürürlər. Oyunlar yoxdur, hamısı ev şəraitində fərdi qaydada hazırlaşır. İndi elə vəziyyətdir ki, kim nə bacarırsa, onu da edir".

A.Əsədov milli komandaların iyundakı yoldaşlıq oyunlarının ləğv olunmasına belə münasibət bildirib: "Bu, məcburi atılmış addımdır. Bəşəriyyətin virusdan nə vaxt xilas olacağı hələ də bilinmir. Yalnız pandemiya başa çatandan sonra konkret fikir bildirmək olar. Müddət uzandıqca, futboldakı qeyri-müəyyənlik də davam edir".

Mütəxəssis koronavirusa görə dayandırılan çempionatların tezliklə bərpa olunmasını istəyir: "Elə bir durumdayıq ki, konkret addım atmaq mümkün deyil. Həqiqətən də müəmmalı vəziyyətdir. Əvvəl nə isə olanda işıq görünürdü. Bu dəfə isə hər şey bir qədər fərqlidir. İdmançı üçün evdə oturmaq çox çətindir. Adi xəstəlik zamanı futbolçu yığdığı formanı 1 həftəyə itirirdi. İndi isə aylarla məşq edə bilməyəcəklər. Evdəki hazırlıq həmin effekti vermir. Futbolçuların formalarını bərpa etməsi üçün xeyli vaxt lazım olacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR