Dərc edildi: Baxış sayı: 422
Arıçı: Keyfiyyətsiz bal ixracı nəticəsində bazarları itirdik
Standartlaşdırma icbari şəkildə olmadığına görə, bəzi şəxslər keyfiyyətsiz bal ixrac etdilər və nəticədə bazarları itirdik.
Trend-in məlumatına görə, bunu İranın Milli Arıçılar Birliyinin üzvü Musəvi deyib.
Musəvinin sözlərinə görə, ötən üç ildə İranın bal ixracı azalıb:
"Səbəblərdən biri Fars körfəzi ətrafındakı ölkələrin İranla bu sahədə əlaqələrini kəsməsidir. Başqa bir səbəb isə standartlaşdırma icbari olmadığına görə, aşağı keyfiyyətli balın istehsalıdır. Bəziləri keyfiyyətsiz balı ixrac etdilər və nəticədə bazarlar itirildi".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət