Dərc edildi: Baxış sayı: 183
Argentina hökuməti prezident təyyarələrini orduya verib
Argentina hökuməti büdcə xərclərini azaltmaq səyləri çərçivəsində prezident təyyarələri və helikopterlərini orduya təhvil verib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.
Nəşrin mənbələrinə görə, üç təyyarə və üç helikopter prezident administrasiyasının mülkiyyətində qalmaqda davam edəcək, lakin hərbçilər onlardan istifadə edə biləcəklər.
Gələcəkdə hökumət 2022-ci ildə alınmış Boeing 757 və 1993-cü ildə alınmış Boeing 737 təyyarələrini satmağı planlaşdırır.
Qəzet qeyd edib ki, hakimiyyət əldə edilən vəsaitin bir hissəsinin texniki xidmətinin daha ucuz başa gələcək kiçik təyyarənin alınmasına sərf olunacağını istisna etmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət