Slimfit
  1. GÜNDƏM

Argentina hakimiyyəti COVID_19 xəstəsinin 700 min dollar ödəməsini tələb edir

Argentina hakimiyyəti COVID_19 xəstəsinin 700 min dollar ödəməsini tələb edir
Sakura

Argentina hakimiyyəti COVID_19 xəstəsinin 700 min dollar ödəməsini tələb edir

Argentina paytaxtının hakimiyyət orqanları, koronovirusa yoluxduğunu bilə-bilə Argentinaya gedən bərəyə oturan argentinalıdan 700 min dollar təzminat tələb etmək niyyətindədir. Ens.az saytı bildirir ki, bu barədə ölkənin Todo Noticias kanalı məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, infeksiyaya yoluxmuş Luka Sinqerman, yoluxduğunu bilsə də, Uruqvayın Koloniya şəhərində bərəyə minib. Onun yoluxma faktı aşkar edildikdə, onunla birlikdə gedən gəminin bütün 423 sərnişininin Buenos Ayres otellərinə karantində yerləşdirilməsi qərara alınıb.

Şəhər hakimiyyəti bərə gəmisinin qalan sərnişinlərini təcrid etmək üçün xərclədiyi vəsaiti kompensasiya etmək tələbi ilə gənci məhkəməyə verməyi planlaşdırır. Bundan əlavə, o, digər insanların sağlamlığını təhlükəyə məruz qoyduğu üçün 15 ilə qədər həbs cəzası ilə də üzləşə bilər.

Sinqermanın atası isə oğlunun bərə ilə getdiyi zaman xəstəlik haqqında bilmədiyini iddia edir. Dediyinə görə, gənc adam artıq gəmidə olarkən diaqnozu öyrənib, sonra bu barədə kapitana məlumat verib.

Qeyd edək ki, Argentinada bu günə qədər 158 yoluxma halı müəyyən edilib, 3 nəfər vəfat edib.

Mənbə: korrespondent.net

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR