ARDNF-də Uruqvayın Nümayəndələr Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Uruqvayın Nümayəndələr Palatasının sədri Xorxe Qandininin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
“Report” Fonda istinadən xəbər verir ki, görüş zamanı Ş.Mövsümov ARDNF-nin tarixi, məqsəd və vəzifələri, investisiya siyasəti və investisiya portfeli, Fondun vəsaiti hesabına maliyyələşdirilən layihələr, şəffaflıq və hesabatlılığın təmin edilməsi sahəsində görülən işlər, “Santyaqo Prinsipləri”, makroiqtisadi sabitliyin və fiskal dayanıqlığın tənzimlənməsində ARDNF-nin rolu barədə məlumat verib.
Uruqvayın Nümayəndələr Palatasının sədri Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirib. Uruqvaydakı iqtisadi vəziyyət barədə məlumat verən X. Qandini Azərbaycan və Uruqvay arasında ikitərəfli münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Nümayəndə heyəti Fondun binası və muzeyi ilə tanış olublar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət