Dərc edildi: Baxış sayı: 541
Araz Yaquboğlu - Bu kitab
Əsirlərin yaddaşına yazılıb,
Tarixlərdə qalasıdı bu kitab.
Əsir düşən Kəlbəcərin, Göyçənin,
Qəlbi dağlı lalasıdı bu kitab.
Yazmısan hünərin hər igidlərin,
Cəsur Yelmar kimi pir igidlərin,
Hacı Rəhim kimi nər igidlərin,
Alınmayan qalasıdı bu kitab.
Ustad, əbəs uyduq bəhsə-bəhslərlə,
Əməli, amalı bəd nəfəslərə.
Vətəni hərraca qoyan kəslərə,
İti kəsər olasıdı bu kitab.
Arazam, könlümün çoxdu qubarı,
İz açıb əlimdə zəhmət qabarı,
Yana-yana oxuduqca “Yelmarı”,
Sannam, zəfər çalasıdı bu kitab.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət