Slimfit
  1. BİOQRAFİYA

Araz Yaquboğlu

Araz Yaquboğlu
Sakura

Hacıyеv Araz Yaqub оğlu - Tədqiqatçı, şair, "Qızıl qələm" mükafatı laureatı (2011); Laçın yurdu jurnalında…

Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Atası Yaqub Hacıyеv Bərdə rayonunda tanınmış mühəndislərdən оlub.

Araz Yaqubоğlu 1980-ci ildə Bərdə rayоnunun Yеni Daşkənd kənd оrta məktəbinin I sinfinə gеtmiş və 1990-cı ildə həmin məktəbin ХI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989-1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur.

2 avqust 1990-cı il tarixdə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir.

1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul оlmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Univеrsitеtinin "Sənayе və mülki tikinti" iхtisasını əla qiymətlərlə bitirmişdir.

Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30 sentyabr, 1994-31 dekabr, 1994).

1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir.

Haqqında "İnşaatçı kadrlar uğrunda" qəzеtinin 26 oktyabr 1994-cü il tariхli sayında "Nümunəvi tələbə" başlıqlı məqalə dərc оlunmuşdur.

1992-ci ildən şеirləri və məqalələri mərkəzi qəzetlərdə, jurnallarda və almanaxlarda çap оlunur. Bir çох kitabların rеdaktоru və tərtibçisidir.

10 mart 2011-ci ildə "Qızıl qələm" mükafatı ilə təltif olunmuşdur.

2012-ci ilin 1 yanvarından Laçın yurdu jurnalında baş redaktorun müavinidir.

Ailəsi

Ailəlidir, bir оğlu və bir qızı var.

Vikimedia hərəkatında iştirakı

 

Araz Yaquboğlu (sağdan birinci əyləşən) Vikipediyaçılarla görüş zamanı

Araz Yaquboğlu 30 aprel 2010-cu ildən Araz Yaquboglu istifadəçi adı ilə Azərbaycanca Vikipediyanın aktiv istifadəçisi, 23 sentyabr 2013-cü ildən isə Azərbaycanca Vikipediyada idarəçidir. 2017-ci ildə olan məlumata görə 6000 məqalənin müəllifidir.

Həmçinin Azərbaycan dilində olan Vikipediya ilə yanaşı, Vikikitabın və Vikimənbənin də idarəçisidir.

 

Eldəniz Hacıyev, Əli Məhərrəmov, Şamil İsmayılov və Araz Yaquboğlu

Filmoqrafiya

  1. Bitməyən ömür (film, 2013)
  2. Torpağımız... Tariximiz... Taleyimiz... (film, 2015)

Kitabları

  1. Elin yaddaşında yaşayan ömür. Bakı: "Nurlan", 2006, 160 səh.
  2. Bir kökün budaqları. Bakı: "Nurlan", 2006, 216 səh.[11]
  3. Daşkənd aşıqları və şairləri. Bakı: "Nurlan", 2008, 416 səh.
  4. Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011, 184 səh.
  5. "Ömrün şəhidlik zirvəsi", Bakı, “Elm və təhsil”, 2012. – 160 səh. + 16 səh. şəkil.
  6. "Bitməyən ömür", Bakı, "Nurlar", 2013. – 400 səhifə. + 96 səh. şəkil.(azərb.)
  7. Elin Şiruyəsi, sözün sərrafı, Bakı, "SkyG", 2016, 400 səh., 300 tiraj. ISBN 978-9952-440-08-05

Şeirləri

Məqalələri

  1. "Eldən gedən el şairi", "Qərbi Azərbaycanın səsi" qəzeti, №06(12), 11 iyul2008-ci il.
  2. "Qismətimmi?... Günahımmı?...", Yenilik-Press qəzeti. 29 aprel2009-cu il. №04-05(17-18)
  3. "Aqşin Hacızadə poeziyası", Dünya qəzeti. 25 dekabr2009-cu il. № 30-31
  4. "El şairi Muxayıl Göyçəli", (elmi məqalə), "Filologiya məsələləri" elmi toplusu, №11, 2010-cu il, səh.219-223.
  5. "Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında", (elmi məqalə), "Filologiya məsələləri" elmi toplusu, №2, 2011-ci il, səh.350-354.
  6. "Aşıq Əli Şairov" Bütöv Azərbaycan qəzeti, 27 iyul2011. № 25 (113).
  7. "Aşıq Hacı da köçdü", "Ozan dünyası" jurnalı, №2(5), Bakı, 2011. səh.55-59.
  8. "Aşıq Orucun sazlı-sözlü dünyası", "Ozan dünyası" jurnalı, №4(7), Bakı, 2011. səh.99-102.
  9. "El şairi Qəmgin Fəzi", "Ozan dünyası" jurnalı, №3(6), Bakı, 2011. səh.
  10. "Soylu sənətin soylu davamçısı", "Yeni nəsil Azərbaycan aşıqları-II". Bakı, "Turan evi", 2011. səh.96-98.
  11. "Göyçə aşıq məktəbinin gələcək davamçısı", "Yeni nəsil Azərbaycan aşıqları-II". Bakı, "Turan evi", 2011səh.143-145.
  12. "Ürəkdə köçən arzular", Bütöv Azərbaycan qəzeti, 21 dekabr2011. № 43 (131).
  13. "Uzaqdan görünən dağlar", Bütöv Azərbaycan qəzeti, № 17(149), 23-29 may 2012.
  14. "Görkəmli dövlət xadimi", "Respublika" qəzeti, № 112 (4401), 23 may2012. səh.3.
  15. "Babamın ömür yolu", "Avrotayms" qəzeti, №17(151), 28 iyun-5 iyul2012.
  16. "Adı dastanlaşan el qəhrəmanı", Dünya qəzeti, №40-41, 19 sentyabr2012.
  17. "Laçın vüqarlı Yasif", Dünya qəzeti, №40-41, 19 sentyabr2012.
  18. "Eldən gedən oğul", Bütöv Azərbaycan qəzeti, № 37(169), 24-31 oktyabr 2012.
  19. "Əvəzolunmaz pedaqoq, unudulmaz insan", Bütöv Azərbaycan qəzeti, № 11(187), 03-09 aprel 2013.
  20. "Şair Hüseyn Mayıl, yoxsa Aşıq Hüseyn Mayıl", "Ozan dünyası" jurnalı, №3(14), Bakı, 2013. səh.53-57.
  21. "Hamını yandıran itki", "Yeni təfəkkür" qəzeti, №10(371), 14 mart2014. səh.3.
  22. "Dərdli Cavada cavab", "Xəzan" jurnalı, №1(7), 2017. səh.64-67.
  23. Anamın Məşhəd səfəri
  24. Altmış yaş nədir hələ...
  25. Bərdə rayonunun Yeni Daşkənd kəndi
  26. Əmirtarix Kərimov - 70
  27. Göyçənin saz-söz ustadları İkinci dünya müharibəsində
  28. Mətin və dəyanətli ana
  29. Nəslimizin fəxri
  30. Özü ölsə, sözü ölməz ustadın
  31. Rəsullular İkinci Dünya müharibəsində
  32. Ruhun şad olsun, ustad
  33. Rzalılar nəsli
  34. Vətən həsrətli el şairi
  35. Yada düşdü ötən günlər...
  36. Zəhmətkeş alim, qayğıkeş insan

Əziz eloğlum Araz Əfəndi! Aşıq Əli Şairov haqqındakı məqaləniz sizin gerçəkdən də gələcəkdə böyük və məsuliyyətli bir tədqiqatçı olmanızdan xəbər verir. Çox zövqlə oxudum və min dəfə qəlbən sizi alqışladım. Sizlərə uğurlar arzusu ilə. Qısa tanışlığımızda sizin nə qədər Torpaq və Vətən mövzusunda həssas qəlbə malik olduğunuzu da duydum. Uğurlar, uğurlar, uğurlar.

Səmimiyyətlə: filologiya elmləri doktoru, Göyçəli qızı Almaz Ülvi.

Müsahibələri

  1. "Aşıq Alı ilə şair Məmmədhüseyn Ağ Aşığın yanına gedər, şeirlərini oxuyar, bir-birlərinin yaradıcılığı barədə fikir söyləyərdilər", "Palitra" qəzeti, №193(3249), 06.11.2018.
  2. Lətif Əsədovun valideynləri ilə görüş-müsahibə
  3. Uşaqlığım və gəncliyimlə bağlı iki müqəddəs yer var: Göyçə və Bakı
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR