Dərc edildi: Baxış sayı: 1659
“Araz” supermarketi məhsulun bitmə tarixini dəyişdirir
Bakı sakini “Araz” supermarketində satılan peçenyenin istehsal tarixinin şirkət tərəfindən uzaldılmasından şikayətçidir.
“Qafqazinfo”ya daxil olan şikayətdə bildirilir ki, sakin Qaraxuçurdakı şadlıq saraylarından birinin altında yerləşən marketdən uşaq üçün peçenye alıb. Həmin peçenyenin üzərində istehsal tarixinin bu ilin mart ayında bitdiyi göstərilir. Ancaq market özü məhsul haqqındakı etiketində istehsal tarixini uzadaraq avqust ayını qeyd edib.
“Məhsul üzərinə istehsal və son istifadə tarixini yalnız istehsalçı şirkət vura bilər. Marketin etdiyi bu hərəkət isə qanunsuzluqdur”, - deyə şikayətçi əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət