Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Araz Rüstəmovla Xızı rayonunda vida mərasimi keçirilir

Araz Rüstəmovla Xızı rayonunda vida mərasimi keçirilir
Sakura

Araz Rüstəmovla Xızı rayonunda vida mərasimi keçirilir

Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Araz Rüstəmovla Xızı rayonunun Giləzi qəsəbəsində vaxtilə yaşadığı evdə vida mərasimi keçirilir.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  mərasimdə Araz Rüstəmovun yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra onun meyitinin qalıqları qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Araz Bağı oğlu Rüstəmov 1968-ci ildə Xızının Giləzi qəsəbəsində anadan olub.

1992-ci ildə Şuşanın Daşaltı kəndi uğrunda edən döyüşlər zamanı itkin düşüb.

Xatırladaq ki, Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda aparılan abadlıq işləri zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin sümüklərinin qalıqları aşkarlanıb.

Aparılmış ekshumasiya zamanı 10 nəfərin şəxsiyyəti müəyyən olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR