Slimfit
  1. CƏMİYYƏT

“Araz” marketlər şəbəkəsi kiflənmiş pendirə görə jurnalistdən üzr istədi

“Araz” marketlər şəbəkəsi kiflənmiş pendirə görə jurnalistdən üzr istədi
Sakura

“Araz” marketlər şəbəkəsi kiflənmiş pendirə görə jurnalistdən üzr istədi

 

Daha əvvəl məlumat verdiyimiz kimi, tanınmış jurnalist Səbuhi Məmmədli sosial şəbəkə hesabında “Araz” marketdən aldığı məhsulun kiflənmiş olması ilə bağlı paylaşım edib. “Araz” marketlər şəbəkəsi yaranmış problemlə bağlı açıqlama yayıb. 

Sözgedən supermarketlər şəbəkəsi Oxu.Az-a verdiyi açıqlamasında yaranmış vəziyyətlə əlaqədar jurnalistdən üzr istəyib:

““Naş moloçnik” pendiri Ukraynanın "Ukro produkt" zavodunun  məhsuludur. İdxalçısı isə “Avrora” şirkətidir. Məhsulun istifadə müddəti keçməyib. Onu da qeyd edək ki, bu pendirlər xüsusi qablaşdırılmalarda olur. Sadəcə olaraq, yay mövsümündə çatdırılma və yaxud saxlanma şəraiti ilə bağlı belə problemlər ortaya çıxa bilir. Təəssüf ki, bu cür vəziyyət yaşanıb. Mövcud vəziyyətlə əlaqədar jurnalist Səbuhi Məmmədlidən üzr istəyirik”.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR