Slimfit
  1. DÜNYA

Araq rusları qırır: Spirtli içkidən daha çox kişilər ölür

Araq rusları qırır: Spirtli içkidən daha çox kişilər ölür
Sakura

Araq rusları qırır: Spirtli içkidən daha çox kişilər ölür

Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, ilin əvvəlindən ölkədə spirtli içkilərdən ölümlərin sayı 14 faiz artıb. Bir sözlə, içki rusları qırır.

 

Bizimyol.info xəbər verir ki, ruslar daha çox zəhərlənmədən həyatını itirməyə başlayıb. Son bir ildə təkcə bu səbəbdən 6 min nəfər ölüb.

Rusiya Federasiyasının 85 subyektindən 60-da son bir ildə içkidən ölümlərin sayı artıb. Hərçənd, yazda ölkənin səhiyyə naziri Veronika Skvortsova içkidən istifadənin faizinin azaldığını iddia edirdi. Nazir deyirdi ki, son 8 ildə yalnız azalma müşahidə olunur. Guya əvvəllər adama ildə 18 litr spirtli içki düşürdüsə, rəqəm 9,5 litr olub.

Spirtli içkilər daha çox kişilərin axırına çıxır. Rusiya Səhiyyə Nazirliyinin başqa məlumatına görə, 100 min kişidən 735-i araq üzündən həyatla vidalaşır. Qadınlarda rəqəm xeyli aşağıdır (100 min nəfərə 203 ölüm).

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR