Slimfit
  1. DÜNYA

Aralıq dənizində delfinləri məhv edən virus aşkar olunub

Aralıq dənizində delfinləri məhv edən virus aşkar olunub
Sakura

Atlantik okeanından Aralıq dənizinə yayılmış yeni virus ştammı delfinlərin məhvinə səbəb olur

Atlantik okeanından Aralıq dənizinə yayılmış yeni virus ştammı delfinlərin məhvinə səbəb olur.

AZƏRTAC xəbər verir ki, morbillivirus adlanan bu yeni virus insanda qızılca və iribuynuzlu heyvanlarda taun xəstəliyi törədən viruslar ailəsinə aiddir. Virusun bu növü Aralıq dənizi bölgəsi üçün səciyyəvi olan yerli ştamm ilə müqayisədə daha aqressivdir, lakin o, epidemiyaya səbəb olmur, yalnız ayrı-ayrı fərdlərə təsir edir.

Okeanoqrafiya fondundan olan tədqiqatçılar yaranmış vəziyyəti Komplutense Universitetindən və Heyvanların sağlamlığının öyrənilməsi mərkəzindən, habelə Las-Palmas de-Qran-Kanariya Universitetindən olan alimlərlə birgə təhlil edərək bu qənaətə gəliblər.

2011-ci ildə - bu virusun İspaniyada sonuncu dəfə yayıldığı dövrdə ay yarım ərzində təkcə Valensiya sahillərində 50-dən çox delfin cəsədi tapılmışdı. Bir il sonra virusun yeni ştammı aşkar edilib. Alimlər güman edirlər ki, ştammın bu yeni növü Aralıq dənizinə Atlantik okeanı sularında yaşayan virus daşıyıcıları vasitəsilə gəlib çıxıb. Çox ehtimal ki, bunlar delfinlər olub və sonradan yerli delfin növlərinə bu virusu yoluxdurublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR