Dərc edildi: Baxış sayı: 2318
Aralıq dənizi
Aralıq dənizi — şərqdən Asiya, şimaldan Avropa, cənubdan Afrika qitəsi ilə əhatə olunmuş dəniz. Aralıq dənizi qərbdən Cəbəli-Tariq boğazı və Atlantik okeanı ilə, cənub-şərqdən isə Misirdəki Süveyş kanalı və Qırmızı dənizlə birləşir.
Aralıq dənizi təxminən 4 milyon km²-lik bir ərazini əhatə edir. Keçmişdəki böyük antik sivilizasiyalar onun hövzəsində formalaşmışdır.
Etimologiya
- Türk dilində - Akdeniz;
- İngilis dilində - Mediterranean Sea. Bu da Latın dilindəki Mediterraneustan (Medi: orta + terra: torpaq, yer) mənasına gəlir.
- Yunan dilində - Mesogeios.
- Ərəb dilində - qarşılığı البحر المتوسط (Bahre-l Mutavassit) "ortada olan dəniz" mənasındadır.
- Fars dilində - Aralıq dənizi üçün istifadə edilən Bahr-e Sefid adı Osmanlı dövrü xəritələrində də görünməkdədir.
- Romalılarda - Mare Nostrum deyirlər ki, bu da Bizim Dəniz mənasına gəlir.
Aralıq dənizinə sahili olan ölkələr
- Avropada (qərbdən şərqə): İspaniya, Fransa, Monako, İtaliya, Malta, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Albaniya, Yunanıstan, Türkiyə.
- Asiyada (şimaldan cənuba): Türkiyə, Suriya, ŞKTR, Kipr, Livan, İsrail, Misir (Asiya hissəsi).
- Afrikada (şərqdən qərbə): Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, İspaniya (Seuta və Melilya).
Aralıq dənizindəki böyük adalar
- Aralıq dənizinin Şərq hissəsində Kipr, Krit, Rodos, Midilli, Xios
- Aralıq dənizinin Mərkəzi hissəsində Sardiniya, Korsika, Siciliya, Malta
- Aralıq dənizinin Qərb hissəsində İvitsa, Malyorka, Minorka
Aralıq dənizi də özü daxilində bir sira dənizlərə bölünür: Balear dənizi, Liquriya dənizi, Alboran dənizi, İоn dənizi, Kipr dənizi, Egey dənizi, Liviya dənizi, Adriatik dənizi.
- Boğazları: Andikitira boğazı, İtaka boğazı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət