Slimfit
  1. CƏMİYYƏT

AQTA yoxladı: “Oba”nın bu məhsulları qurdludur

AQTA yoxladı: “Oba”nın bu məhsulları qurdludur
Sakura

AQTA yoxladı: “Oba”nın bu məhsulları qurdludur

“Oba Retail Chain” MMC-yə məxsus ticarət mərkəzində aparılan yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib. Qurumdan qeyd edilib ki, KİV-də yer alan məlumatlar əsasında AQTA əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Vilayət Əsgərov küçəsində yerləşən “Oba Retail Chain” MMC-yə məxsus ticarət mərkəzində yoxlama keçiriblər:

“Yoxlama zamanı anbardan Rusiyada istehsal edilən, ümumi çəkisi 4.4 kq olan “Volşebnaya Lampa” əmtəə nişanlı və ümumi çəkisi 1.270 kq olan “Orexovoye Çarstvo” əmtəə nişanlı konfetlərin zərərvericilərlə sirayətləndiyi müşahidə edilib. Eyni zamanda qənnadı məmulatlarının (konfet, şokolad, karamel) qablaşdırıldığı qutuların üzərində istehsal tarixi, yararlılıq müddəti barədə məlumatların öz əksini tapmadığı məlum olub. Qənnadı məmulatlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq labaratoriyasına təqdim edilib. Analizin nəticələrinə əsasən satışdan götürülən “Nevskiy Pomad” adlı konfet məhsulun normativ texniki sənədlərin tələblərinə uyğun olmadığı aşkarlanıb. Həmin məhsulların satışının qadağan olunması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tədbiqi barədə qərar verilib.

Bununla əlaqədar olaraq ticarət mərkəzi ilə bağlı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb”.

Qeyd edək ki, Axar.az saytı dekabrın 1-də vətəndaş Ruslan Məmmədov tərəfindən Bakının Qaradağ rayonunda yerləşən “Oba” marketdən alınan şokoladların qurdlu olması barədə video-material yayıb. R.Məmmədovun 4 yaşlı övladı bu şokoladları yediyi üçün zəhərlənib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR