Slimfit
  1. CƏMİYYƏT

AQTA sədri işçilərin tibbi müayinəsi ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib

AQTA sədri işçilərin tibbi müayinəsi ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib
Sakura

AQTA sədri işçilərin tibbi müayinəsi ilə bağlı işəgötürənlərə xəbərdarlıq edib

“İşçilərin tibbi müayinədən keçirilməsi ciddi məsələdir. Keçirilən nəzarət tədbirləri zamanı qida müəssisələrində çalışan 24 967 şəxsdən 4 104 nəfərinin tibbi müayinədən keçmədiyi aşkarlanıb”.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bu fikirləri Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

“Bu, o deməkdir ki, onların sağlamlığı barədə heç bir məlumat yoxdur. Bu da insan həyatını təhlükə altına qoyur. Bu sahədə çox ciddi qayda pozuntuları aşkarlanıb. Böyük pay qida məhsullarının daşınması və daşınması işi ilə məşğul olan şirkətlərin üzərinə düşüb. Bütün bunlar onu deməyə əsas verir ki, işəgötürənlər təsadüfi şəxsləri işə götürür və sağlamlıq arayışı tələb etmirlər. Qida ilə təmasda olanlar da vətəndaşlara xidmət göstərirlər. İşçilərini tibbi müayinədən keçirməyənlərin qarşısı qətiyyətlə alınacaq. Müraciət edirəm ki, işçilər işəgötürəndən müayinədən keçirilmələrini tələb etsinlər", - sədr bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR