Slimfit
  1. AZƏRBAYCAN

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələrini açıqlayıb

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələrini açıqlayıb
Sakura

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərin nəticələrini açıqlayıb

 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika ərazisində köçəri quşların miqrasiya marşrutlarının yerləşdiyi və havaların dəyişkənliyi nəzərə alınaraq ev quşları arasında, həyətyanı və kommersiya tipli quşçuluq təsərrüfatlarında immunoloji fonun müəyyən olunması məqsədi ilə epizootoloji monitorinqlər keçirilib.

AQTA-dan “Report”a verilən məlumata görə, monitorinqlər 27-30 noyabr tarixlərində Bakı şəhəri, Abşeron, Xaçmaz, Neftçala, Salyan və Ağcabədi rayonlarında aparılıb.

Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasının, Bərdə, Salyan, Sabirabad və Quba regional sınaq laboratoriyalarının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Taun Əleyhinə Stansiyasının əməkdaşları iştirak ediblər. Toplanmış diaqnostik nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində monitorinq aparılan ərazilərdə quş qripi xəstəliyinə rast gəlinmədiyi məlum olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR