Slimfit
  1. AZƏRBAYCAN

AQTA quş qripi ilə bağlı monitorinq keçirib

AQTA quş qripi ilə bağlı monitorinq keçirib
Sakura

AQTA quş qripi ilə bağlı monitorinq keçirib

Yanvar ayının 14-dən 18-dək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilmiş qrafikə əsasən ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyinə görə növbəti epizootoloji monitorinqlər həyata keçirilir.
AQTA-dan -a verilən xəbərə görə, monitorinqlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarının, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabranrayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağgöl Milli Parkında, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda, habelə qeyd olunan rayonlarda ailə, kiçik həcmli kommersiya və sənaye əsaslı quşçuluq təsərrüfatlarında həyata keçirilib. 

Həmin ərazilərdə məskunlaşan quşlardan qan nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasınada müayinə ediləcəkdir. Qeyd edək ki, nümunələrin analizinin nəticələri barədə ictimaiyyətə geniş məlumat veriləcəkdir. 
 
Mənbə: Azvision.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR