Slimfit
  1. CƏMİYYƏT

AQTA qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrə tövsiyələr verdi

AQTA qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrə tövsiyələr verdi
Sakura

AQTA qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrə tövsiyələr verdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə COVİD-19 virusuna yoluxma riskinin azaldılması üçün öz tövsiyələrini verib.

Ens.az xəbər verir ki, Agentlikdən Trend-ə verilən məlumata görə, açıq şəkildə satılan və qablaşdırılmamış qida məhsulları xüsusi vitrin arxasında saxlanmalıdır. Qablaşdırılmamış məhsullar yalnız xüsusi gigiyenik vasitələrlə təmin edilmiş işçi tərəfindən alıcıya təqdim olunmalıdır.

Soyuducuların temperatur rejiminə mütəmadi nəzarət edilməlidir. Dondurulmuş qida məhsulları -18° C-də buzluqda saxlanmalıdır.

Bununla yanaşı, donu açılmış qida məhsulları təkrar dondurulmamalıdır, tullantılar vaxtında kənarlaşdırılmalıdır.

Tullantı qabları mütəmadi olaraq təmizlənib, dezinfeksiya edilməli, zallar, otaqlar mütəmadi olaraq havalandırılıb, dezinfeksiya edilməlidir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR