Dərc edildi: Baxış sayı: 614
AQTA-nın Çağrı Mərkəzi bu gün fasilələrlə işləyəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003-Çağrı Mərkəzi yeni elektron sistemin tətbiqi ilə əlaqədar bu gün saat 18:00-dan 21:00-dək fasilələrlə öz fəaliyyətini davam etdirəcək.
Bu barədə "Report"a agentlikdən məlumat verilib.
Vətəndaşlar mövcud vəziyyəti nəzərə almaqla, həmin müddət ərzində müraciətlərini onlayn şəkildə agentliyin rəsmi saytı (www.afsa.gov.az) və ya qurumun rəsmi "Facebook" səhifəsi vasitəsilə (facebook.com/afsa.gov.az) göndərə bilərlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət