Slimfit
  1. AZƏRBAYCAN

AQTA: “İşbazlar”ın sahibkarlıq subyektlərindən əlavə xərclər tələb etməsi faktları aşkar olunub

AQTA: “İşbazlar”ın sahibkarlıq subyektlərindən əlavə xərclər tələb etməsi faktları aşkar olunub
Sakura

AQTA: “İşbazlar”ın sahibkarlıq subyektlərindən əlavə xərclər tələb etməsi faktları aşkar olunub

 Son günlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan müraciətlərin araşdırılması zamanı idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosesində sahibkarlıq subyektlərindən müxtəlif vasitəçilər, “işbazlar” tərəfindən qanunvericilikdə nəzərdə tutulmayan əlavə xərclərin tələb olunması faktları aşkar olunub.

AQTA-dan "Report"a verilən məlumata görə, bu kimi hallar sahibkarlar üçün yaradılmış şəffaf və sadələşdirilmiş prosedurların həyata keçirilməsinə süni maneələr yaratmaqla yanaşı, müəyyən neqativ halların meydana çıxmasına şərait yaradır.

Qeyd edək ki, AQTA tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə idxal-ixrac əməliyyatları, qida təhlükəsizliyi qeydiyyatı və sertifikatı, bitki mənşəli məhsullar üçün fitosanitar, heyvan mənşəli məhsullar üçün baytarlıq sertifikatları verilir. Bununla bağlı olaraq, “Dövlət rüsumu haqqında” qanununda sahibkarlıq subyektləri tərəfindən müvafiq olaraq aşağıdakı rüsumların ödənilməsi nəzərdə tutulub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən icazə sənədləri üçün tarif cədvəli

RÜSUMUN TƏYİNATI RÜSUMUN MƏBLƏĞİ
18.66.1. Baytarlıq şəhadətnaməsinin verilməsi (bir sənəd) - 5 manat
18.66.2. Baytarlıq sertifikatının verilməsi (bir sənəd) - 20 manat
18.66.3. Baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) - 100 manat
18.66-1. Qida təhlükəsizliyi sertifikatının verilməsi - 20 manat
18.67.1. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnaməsinin verilməsi (bir sənəd) - 100 manat
18.67.2. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə idxal karantin icazəsinin verilməsi (bir icazə) - 10 manat
18.67.3. Fitosanitar sertifikatlarının verilməsi üçün: 
18.67.3.1. Bir poçt göndərişinə (dəst) -

18.67.3.2. Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) -


2 manat

10 manat

18.67-1.2.Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı reyestrindən çıxarışın verilməsi - 
18.67-1.3. Reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 
18.67-1.4. Rreyestrdən çıxarışın dublikatının verilməsi -
150 manat

 

 

50 manat

 

10 manat

AQTA bir daha qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməklə, sadələşdirilmiş idxal-ixrac əməliyyatları və qida təhlükəsizliyi qeydiyyatı prosedurlarında heç bir vasitəçi olmadan iştirak etsinlər. Eyni zamanda qanunvericilikdə nəzərdə tutulan dövlət rüsumlarından əlavə hər hansı bir qanunsuz tələblərlə qarşılaşdıqda bununla bağlı aidiyyəti üzrə hüquq mühafizə orqanlarına və agentliyin 1003 “Çağrı Mərkəzi”nə məlumat versinlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR