Slimfit
  1. AZƏRBAYCAN

AQTA baytarlıq preparatları və yem idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib

AQTA baytarlıq preparatları və yem idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib
Sakura

AQTA baytarlıq preparatları və yem idxalı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) baytarlıq preparatları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

Agentlikdən "Report"a verilən məlumata görə, görüşdə ölkəyə baytarlıq preparatları, yem və yem əlavələrini idxal edən fiziki və hüquqi şəxslərin idxal zamanı yol verdikləri nöqsanların həlli məsələləri müzakirə edilib. 

Toplantıda qanunvericiliklə nəzərdə tutulan qaydada idxal olunan məhsulu müşaiyət edən sənədlərin zəruriliyi sahibkarların diqqətinə çatdırılıb. Baytarlıq preparatları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin qeydiyyata alınmasının vacibliyini vurğulayan Agentliyin sədr müavini Rəşad Mafusov sahibkarları prosesdə aktiv iştirak etməyə dəvət edib.

Bu sahədə beynəlxalq təcrübənin tətbiq olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayan AQTA-nın Heyvan sağlamlığı və baytarlıq nəzarəti şöbəsinin müdiri – Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev baytarlıq preparatları, yem və yem əlavələrinin daşınma və dövriyyəsi zamanı mal qonşuluğu prinsipinin qorunmasının vacibliyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Q.Əbdüləliyev bəzi təsərrüfat sahiblərinin baytarlıq preparatlarından istifadə edərkən baytar həkimi xidmətindən istifadə etmədiyi üçün müəyyən problemlərlə qarşılaşdığını və buna görə də, mövcud sahədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac duyulduğunu bildirib.

 

Agentlik tərəfindən bundan sonra da sahibkarlara hər cür metodiki köməkliyin göstəriləcəyini deyən Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev sahibkarlıq subyektlərinin maarifləndirilməsi işinin davam etdiriləcəyini bildirib, onları sosial videoçarxların hazırlanması, vətəndaşların maarifləndirilməsi işində birgə əməkdaşlığa dəvət edib.

Daha sonra baytarlıq preparatları, yem və yem əlavələrinin idxalı ilə məşğul olan sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR