Slimfit
  1. İQTİSADİYYAT

AQTA: Azərbaycanda idxal-ixraca nəzarətlə bağlı yeni mexanizim yaradılır

AQTA: Azərbaycanda idxal-ixraca nəzarətlə bağlı yeni mexanizim yaradılır
Sakura

AQTA: Azərbaycanda idxal-ixraca nəzarətlə bağlı yeni mexanizim yaradılır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalçı şirkət nümayəndələri üçün növbəti videokonfrans keçirilib.

Ens.az xəbər verir ki, AQTA-dan "Report"a verilən məlumata görə, videokonfransda Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulu və onun üstünlükləri, idxal olunan məhsullara qida təhlükəsizliyi sertifikatının alınması üçün elektron sistemdən istifadə qaydaları, ölkəyə idxal olunan yeyinti məhsulları ilə bağlı mövcud vəziyyət müzakirə olunub.

Məlumat verilib ki, “Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda əsas məqsəd və hədəflərə nail olmaq üçün 12 prioritet istiqamət müəyyənləşdirilib ki, bunlardan biri də qida təhlükəsizliyi sahəsində müasir texnologiyaların və innovativ həllərin tətbiqidir. Hazırda qida təhlükəsizliyi üzrə vahid elektron informasiya sisteminin yaradılması, bu sahədə elektron xidmətlərin təşkili və həmin xidmətlərin elektron hökumət portalına inteqrasiyası ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq ölkəmizə qida məhsullarının idxalı ilə əlaqədar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminin (AQTİS) idxal-ixraca nəzarət modulunun alt modulları olan idxal modulunun ilkin versiyası hazırlanaraq testdən keçirilib və yaxın günlərdə sahibkarların istifadəsinə veriləcək.

Videokonfransın sonunda tədbir iştirakçılarının təklifləri nəzərdən keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Agentlik tərəfindən sahibkarlar üçün videokonfranslar mütəmadi qaydada davam etdirilir.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR