Slimfit
  1. İQTİSADİYYAT

“Aqrolizinq”in rəhbər işçiləri cənub bölgəsinin sakinləri ilə görüş keçirib

“Aqrolizinq”in rəhbər işçiləri cənub bölgəsinin sakinləri ilə görüş keçirib
Sakura

“Aqrolizinq”in rəhbər işçiləri cənub bölgəsinin sakinləri ilə görüş keçirib

Cənab Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətin tərkib hissəsi kimi, ölkəmizdə kənd təsərrüfatı sahəsində də nəzərəçarpacaq uğurlar əldə edilməkdədir. SİA-nın məlumatına görə, kənd təsərrüfatı sahəsində davamlı dövlət dəstəyi çərçivəsində müvafiq tədbirlər görülür. Məlum olduğu kimi, cənab nazir İnam Kərimov tərəfindən düzgün və səmərəli idarəçilik (şəffaflıq, səmərəlilik, hesabatlılıq), kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi əsas fəaliyyət prinsipləri kimi müəyyən edilmişdir. Bu baxımdan aqrar sahədə fermerlərlə birbaşa təmas qurulmaqla, innovativ həll yollarının tapılması mühüm əhəmiyyət kəsb edir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bir qrup rəhbər işçisi “Regionlarda maarifləndirmə və sorğu” layihəsi çərçivəsində Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara, Cəlilabad və Biləsuvar rayonlarının sakinləri ilə görüş keçirib. Görüşün əsas məqsədi “Aqrolizinq” ASC tərəfindən göstərilən xidmətlər və lizinq qaydalarına dair vətəndaşların maarifləndirilməsi, həmçinin mövcud problemlərin dinlənilməsi və onların həll edilməsi olub.

Tədbirdə “Aqrolizinq” ASC-nin fəaliyyəti, o cümlədən texnikaların, texnoloji avadanlıqların, damazlıq heyvanların lizinqə verilməsi şərtləri, mineral gübrə və pestisidlərin satışı qaydaları, aqrotexniki xidmətlər, tətbiq edilən elektron xidmətlər, innovativ yeniliklər barədə barədə fermerlər məlumatlandırılıb. Tədbirdə fermerlər tərəfindən yeni texnikaların, xüsusən də çayçılıq, və çətikçilikdə işlənən texnikaların gətirilməsi istiqamətində çoxsaylı təkliflər verilib.

Qeyd edək ki, “Aqrolizinq” ASC respublikanın cənub regionunun kənd təsərrüfatının və eləcə də çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişafı ilə bağlı yeni texnikalarını bölgəyə gətirilərək lizinq yolu ilə vətəndaşların istifadəsinə verilməsini həyata keçirmək istiqamətində tədbirlər görür.

Cəmiyyətin fəaliyyət göstərdiyi 2005-ci il tarixindən etibarən Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan 960 nəfər istifadəçiyə lizinq yolu ilə ümumi dəyəri 41 561 135,08 manat təşkil edən 2260 ədəd kənd təsərrüfatı texnikaları verilib.

Görüşdə lizinq qaydaları və tətbiq edilən güzəştlər, o cümlədən innovativ yeniliklər barədə vətəndaşlar maarifləndirilmiş, tətbiq edilən elektron xidmətlər barədə təraflı məlumat verilmiş, kəndli və fermerlərlə mövcud problemlər, onların həlli və təkliflərinə dair diskusiya aparılıb.

Görüşün sonunda vətəndaşlara güzəşt müqavilələri təqdim edilmiş və fermer Cəsarət Əzizovun 20 hektardan ibarət çiyələk plantasiyasında görülən işlərə baxılmışdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR