Slimfit
  1. İQTİSADİYYAT

“Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsinin icrasına başlanılır

“Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsinin icrasına başlanılır
Sakura

“Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsinin icrasına başlanılır

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə həyata keçirdiyi “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsi çərçivəsində icraçı qurumlar, tərəfdaşlar və maraqlı tərəflərin iştirakı ilə ilkin planlama seminarı keçirilib.

"Report" xəbər verir ki, seminarı giriş sözü ilə FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin proqramlar üzrə mütəxəssis Kaan Başaran açıb.

Onun sözlərinə görə, təmsil etdiyi qurumun məqsədi dayanıqlı qida zəncirini təmin etmək, qida əlçatanlığını artırmaqdır.

“Bu gün həyata keçirilən layihə Azərbaycanda qadınların məşğulluğunun, onların kənd təsərrüfatındakı rolunun gücləndirilməsinə xidmət edir. Qadınların aqrar sahədə fəaliyyəti bu sahənin inkişafına səbəb olacaq. Kənd qadınlarının gəlirlərinin artması ailə üzvlərinin də inkişafına səbəb olur”, - FAO rəsmisi qeyd edib.

"Aqrar Tədarük və Təchizat"ın İdarə Heyətinin sədri Leyla Məmmədova isə bildirib ki, Azərbaycanda aqrar sektor iqtisadiyyatın prioritet sahələrindəndir: “Çünki əhalisinin 40%-i kənd təsərrüfatında çalışır. AFAQ layihəsi xanımlar vasitəsilə ailə büdcəsinin artırılmasına, ailənin sosial təminatının yaxşılaşdırılmasına xidmət edir. Bu layihəyə müraciət edən qadınların sayı çoxdur. Biz əsas üstünlüyü rayon yerlərində yaşayan və fəaliyyət göstərən qadınlara verəcəyik. Biz onlara istehsal prosesi ilə yanaşı satış mərhələsində də dəstək göstərəcəyik".

Tədbirdə qeyd edilib ki, ölkədə məşğul qadınların 70%-i kənd yerlərində yaşayır. 2021-ci ilin sonuna qədər 200-ə yaxın azərbaycanlı xanım kənd təsərrüfatı sektorunda aqrar sahibkar kimi fəaliyyətini davam etdirməsi üçün müəyyən texniki avadanlıq və təlimlərlə təmin ediləcək.

Xatırladaq ki, AFAQ layihəsi FAO və ilə Azərbaycan höküməti arasında imzalanmış Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunur. Proqramın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR