Slimfit
  1. SİYASƏT

Aqil Abbasdan ermənilərin aksiyasına REAKSİYA

Aqil Abbasdan ermənilərin aksiyasına REAKSİYA
Sakura

Aqil Abbasdan ermənilərin aksiyasına REAKSİYA

Xəbər verdiyimiz kimi, Qarabağda yaşayan ermənilər etiraz aksiyasına başlayıblar. Separatçı qondarma “Artsaxda etnik təmizləməyə yox” hərəkatının üzvləri Xankəndi-Şuşa yolunda çadırlar quraraq müddətsiz etiraz aksiyası elan ediblər.

“Biz bütün apolitik qüvvələri bizə qoşulmağa çağırırıq. Biz Azərbaycandan tələb edirik ki, Laçın dəhlizində qeyri-qanuni quraşdırılmış keçid məntəqəsi tezliklə yığışdırılsın. Buradakı aksiyamız bu tələb yerinə yetirilənə qədər davam edəcək”, - deyə iştirakçılardan biri bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas bildirdi ki, Azərbaycan dövləti öz sərhədində, öz torpağında bütün başqa ölkələrlə olduğu kimi sərhəd-buraxılış məntəqəsi qurub.

"Ermənistanla aramızda sərhəd məntəqəsi olmamalıdır ki? Onlar mitinq etməklədir? Azərbaycan suveren dövlətdir. Öz hüquqlarını, torpaqlarını qoruyur. Biz onların mitinqi ilə oturub-duracağıq? Bir dəfə oturub-durmuşuq, 30 il altını çəkmişik",- deyə deputat qeyd etdi.

Xatırladaq ki, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR