Dərc edildi: Baxış sayı: 2174
Apteklərdə dərman qiymətləri ilə bağlı AÇIQLAMA
“TƏBİB apteklərdə satılan dərmanların qiymətinə nəzarət etmək səlahiyyətində deyil”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, qurum yalnız xəstəxanalara nəzarət edir:
“Bizim vəzifəmiz xəstəxanalarda dərman çatışmazlığının aradan qaldırılması və xəstələrin vəziyyətini diqqətdə saxlamaqdır. Biz bu prosesə ciddi nəzarət edirik. Amma apteklərdə qiymətlərin tənzimlənməsi bizim işimiz deyil”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət