Aprel şəhidlərinin övladları himayəyə götürüldü
Aprel şəhidlərinin övladlarının himayəyə götürülməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimiz müsbət cavablandırılıb.
Ens.az xəbər verir ki, bu barədə Modern.az-a Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
V.Bayramov qeyd edib ki, 2016-cı il Aprel döyüşlərində şəhid olan, Füzuli rayonundan məcburi köçkün ailələrinin övladları 18 yaşına çatanadək Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən himayə olunacaqlar:
“Füzuli rayonundan olan Aprel şəhidlərinin övladlarının hər birinə aylıq maliyyə yardımı ediləcək. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciətimizi müsbət cavanlandırdığına, Şəhidlərimizin ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə təşəkkürümü bildirirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət