Dərc edildi: Baxış sayı: 547
"Aprel şəhidləri"nin ailələrinə mənzil verildi
2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olan gizirlər Rahim Tağıyevin və Rüstəm Əhmədovun ailələrinə Müdafiə Nazirliyi tərəfindən mənzil verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə bu barədə Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alıyeva məlumat yayıb. Onun sözlərinə görə, Mingəçevirdə yaşayan şəhid ailələrinə mənzillər Gəncə şəhərində verilib.
Qeyd edək ki, Rahim Tağıyev 36 yaşında, Rüstəm Əhmədov isə 33 yaşında şəhid olub. Tağıyevin 3, Əhmədovun 2 övladı var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət