Slimfit
  1. CƏMİYYƏT

"Aprel döyüşləri 8 Noyabr Zəfərinin carçısı idi" - Polkovnik

"Aprel döyüşləri 8 Noyabr Zəfərinin carçısı idi" - Polkovnik
Sakura

"Aprel döyüşləri 8 Noyabr Zəfərinin carçısı idi" - Polkovnik

Aprel döyüşləri 8 Noyabr Zəfərinin carçısı olub.

Ens.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, 2016-cı ilin Aprel döyüşləri ordumuzun erməni təxribatlarına ən sərt cavablardan biri olub: “2016-cı ilin Aprel döyüşləri ermənilərin Azərbaycana qarşı növbəti təxribatı nəticəsində başlayıb və ordumuz bu döyüşlərdə düşmənə sarsıdıcı zərbə vurub. Aprel döyüşlərində ordumuzun yüksək döyüş əzminə və böyük peşəkarlığa malik olduğu praktiki şəkildə əksini tapıb.

Bu döyüşlər zamanı erməni təxribatının qarşısı nəinki alındı, düşmənə ciddi zərbə vuruldu, bir neçə yüksəklik və yaşayış məntəqələri düşmən işğalından azad edilib. Lələtəpə və digər yüksəkliklərin alınması, düşmənin bəzi yaşayış məntəqələrindən çıxarılması məhz Aprel döyüşləri ilə əlaqədardır.

Aprel döyüşlərindən cəmi iki il sonra 2018-ci ildə baş verən Naxçıvan döyüşlərində ordumuz yenə düşmənə ağır zərbə endirib, bir sıra ərazilər düşməndən azad olunub. Dövlətimizin başçısı 2018-ci il iyunun 26-da Bakıda keçirilmiş paradda böyük uzaqgörənlik sərgiləyərək demişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”.

Respublika Veteranlar Təşkilatının sədr müavini bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin erməni faşizmi üzərində qazandığı tarixi Qələbə dövlətimizin başçısının nə qədər uzaqgörən olduğunu göstərdi. Ordumuzun həmin savaşda əldə etdiyi şanlı Zəfər erməni işğalı altındakı ərazilərimizin azad olunması ilə nəticələnib: “2020-ci ildəki İkinci Qarabağ müharibəsi zamanı Silahlı Qüvvələrimiz düşmən ordusunu darmadağın edib. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında təşkil edilən paradda düşməndən hərbi qənimət kimi ələ keçirilən və məhv edilən texnikaların bir qismi nümayiş olunub. Azərbaycan Ordusu bu tarixi paradla öz şanlı Zəfərini bir daha bütün dünyanın diqqətinə çatdırıb. Bütün dünyaya göstərib ki, onunla heç kim təhdid dilə ilə danışa, onu məğlub edə bilməz.

Ordumuz bu gün də Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin keşiyindədir və bundan sonra da bütün təhdidlərə eyni qətiyyətlə cavab verəcək”.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR