Slimfit
  1. TARİX

Aprel döyüşləri

Aprel döyüşləri
Sakura

Aprel döyüşləri - 1 aprel 2016 — 5 aprel 2016

Aprel döyüşləri  və ya Dördgünlük müharibə — 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişə. Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonununMadaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalanmazdan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir,

Döyüşlər

Zəmin

Aprel döyüşləri özünün həcminə görə 12 may 1994-cü ildə razılaşdırılmış atəşkəs rejimindən sonra Azərbaycan qoşunların təmas xəttində baş vermiş ən böyük hərbi qarşıdurma idi.Aprel döyüşlərinin başlanması barədə müxtəlif fikirlər vardır.

Erkən döyüşlər

Döyüşlər əsasən 257 km uzunluğunda olan təmas xətti üzərində yönəldilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələritərəfindən güclü artilleriya atəşinə məruz qalıb.Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi. Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub.

Aprelin 3-də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi azad olunub, Füzuli istiqamətində Ermənistanın pilotsuz uçuş aparatı vurulub.

Aprelin 4-ü Ermənistan itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutub.

Aprelin 5-də Ağdərə şəhərinə aparan əsas yol üzərindəki strateji baxımdan əhəmiyyətli Madaqiz məntəqəsindəki hərbi bazanın qərargahını və "Yerkrapa" erməni könüllülərini cəbhəyə gətirən avtobusa zərbə endirib. Erməni tərəfi bu zərbə nəticəsində 7 nəfərin öldüyünü təsdiq edib. Aprelin 5-də Xocavənd-Füzuli istiqamətində erməni qüvvələrinin 2 ədəd tankını heyətlə birlikdə və hərbi əmlakla dolu 5-dək təkərli texnikasını sıradan çıxarıb.

Əməliyyatların dayandırılmasından sonra başlanılan döyüşlər

Aprelin 7-də Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" tipli pilotsuz uçuş aparatı xüsusi üsulla endirilib.Aprelin 7-də Ağdərə-Goranboy istiqamətində Azərbaycana məxsus sanitar tibb maşını atəşə tutulub.Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.

Atəşkəs

Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirib.

Aprelin 5-də saat 12.10-dan başlayaraq aprelin 6-sı saat 12.56-dək sutka ərzində Azərbaycan-Ermənistan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Ordubad, Şahbuz və Babəkrayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Mehri, Sisian və Cermuk rayonları ərazisindəki mövqelərdən iriçaplı silahlar və qumbaraatanlardan atəşə məruz qalıb. Azərbaycanın Əlahiddə Ümumqoşun Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinin dəqiq cavab atəşi ilə düşmən susdurulub. Ordubad rayonu istiqamətində yerləşən Azərbaycan ordusunun bölmələri cavab tədbirləri nəticəsində düşmənin qarşı tərəfdəki atəş nöqtəsi və mühəndis-istehkam qurğusu dağıdılıb.

Aprel döyüşlərindən sonra may ayında Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə XİN rəhbərlərinin iştirakı ilə Vyanada görüşüb, iyunun 20-də Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçiriblər. Görüşlər əsnasında münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edilib.

Azərbaycan tərəfi

Hərbi

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının verdiyi məlumata görə, Aprel döyüşlərində Ermənistana məxsus 30-dək tank, 320 döyüşçü məhv edilmiş və 500-dən artıq döyüşçüsü yaralanıb.

Şəhidlərin siyahısı

Vüqar Nurəddin oğlu Yusifov

Raquf Cahangir oğlu Orucov

Murad Telman oğlu Mirzəyev

Təbriz Tariyel oğlu Musazadə

Urfan Üzeyir oğlu Vəlizadə

Rasim Əbdül oğlu Məmmədov

Elnur Adil oğlu Əliyev

Samid Gülağa oğlu İmanov

İnqilab Çingiz oğlu Quliyev

Mühid Qurban oğlu Orucov

Vaqif Dilqəm oğlu Bayramov

Nəcməddin Akif oğlu Savalanov

Əbu Bəkir Vüqar oğlu İsmayılov

Mirzə Sərvər oğlu Novruzov

Rəşid Rövşən oğlu Mehdiyev

Ziya Niyazi oğlu Həsənov

Elvin Məmməd oğlu Namazov

Cavid Gülbala oğlu Dədəkişiyev

Elnur İsgəndər oğlu İsgəndərov

Sahil Həsrət oğlu Şirinov

Dilsuz Məmmədağa oğlu Qarayev

Elimdar Səlimxan oğlu Səfərov

Orxan Kazım oğlu Hümbətov

Orxan Ələsgər oğlu Müstəcəbov

Məhəbbət Zaman oğlu Mirzəyev

Nurlan Rasim oğlu Abdullayev

Ravil Elman oğlu Novruzov

Rusif İbrahim oğlu Ağayev

Teymur Sabir oğlu Qasımov

Murad Vaqif oğlu Məmmədov

Bəxtiyar Rəfael oğlu Hüseynov

Toğrul Habil oğlu Fərəczadə

Şahin Yaşar oğlu Cavadzadə

Pəncəli Nurməmməd oğlu Teymurov

Tural Gülşad oğlu Qurbanov

Mirsalam Təvəkkül oğlu Cəfərov

Seymur Qulamhüseyn oğlu Baxışov

Babək Vəfadar oğlu Abidov

Təbriz Hamlet oğlu Əsgərov

Elvin Sədrəddin oğlu Qayıbov

Ruhin Əşrəf oğlu Qəhrəmanov

Nurlan Bayram oğlu Əsgərov

Rahim Qara oğlu Tağıyev

Nicat Bəhruz oğlu İsgəndərov

Səbuhi Rəfayıl oğlu Musayev

Adil Kamran oğlu Adilzadə

Rüstəm Oruc oğlu Əhmədov

Rəvan İsmayıl oğlu Nurayev

Orxan Məhəmməd oğlu Əliyev

Sarvan Natiq oğlu Mehrəliyev

Samir Ziyəddin oğlu Qaçayev

Fərahim Adışirin oğlu Novruzov

Nürəddin Etimad oğlu Mirzəyev

Sərxan Azər oğlu Bağırov

Hüseyn Zeynal oğlu Dəmirli

Ömər Məzahir oğlu Cəbrayılov

Vüqar Natiq oğlu Süleymanov

Teymur Mikayıl oğlu Qasımov

Rizvan Telman oğlu Muradov

Müşviq Arif oğlu Orucov

Cabbarxan İlham oğlu Hacıağayev

Nurlan Cəmil oğlu Qasımov

Xaliq Həsən oğlu Əzizzadə

Emin İmran oğlu Bağırov

Kamran Faiq oğlu Şirəliyev

Əlizaman Fərrux oğlu İslamov

Ülvin Cəmaləddin oğlu Məmmədov

Şulan Bayram oğlu Bayramov

Fəxrəddin Seyfəddin oğlu Qurbanlı

Firdovsi Əliş oğlu Bağırzadə

Mahir Sabir oğlu Mirzəyev

Röyal İmran oğlu Nəsirov

Altun Fərman oğlu Dəmirli

Elşən Səlim oğlu Səmədov

Vüsal İlham oğlu Alıyev

Mikayıl Yaqub oğlu Vahabzadə

Mahir Qədir oğlu Quliyev

Nazim Nadir oğlu Zəkarayev

Yalçın Namiq oğlu Osmanov

Əmiraslan Xəlil oğlu Xeyirbəyov

Elvin Azadxan oğlu Mirzəyev

Əbdülməcid Nadirşah oğlu Axundov

Mahmud Azər oğlu İbrahimov

Sərxan Oqtay oğlu Bayramov

Əmrah Aydın oğlu Yüzbəyov

Əli İntiqam oğlu Heydərov

Mühüd Orucov Qurban Oğlu 

Natiq Tahirli Namiq oğlu 

 

Mülki şəxslər

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı ilin aprel ayının 6-sında yayımladığı məlumata əsasən aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi kontekstində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulmasının davam etdirilməsinə dair məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, "2016-cı ilin 2 aprel tarixində səhər erkən saatlardan başlayaraq Ermənistan münaqişə zonasında hərbi fəaliyyətini intensivləşdirərək, mülki əhaliyə qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər tutulan çoxsaylı aktlar törədib. Bu müddət ərzində Ermənistan tərəfi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların da olduğu qeyri-döyüşçü mülki əhaliyə qarşı qəsdən, sistematik və hədəflənən hücumlar edib. 32 yaşayış məntəqəsinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb. Hücumlar nəticəsində həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəyib. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdılıb. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirilib. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub".

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin 2016-cı ilin mayın 2-sində vurğuladığı məlumatda deyilir ki, "Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulmuş, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəymiş, evlər dağıdılmış, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olmuşlar; Belə ki, məcburi köçkünlərdən 16 nəfər həlak olmuş, 40 nəfər yaralanmış, məcburi köçkünlərin məskunlaşdığı 228 mənzilə ziyan dəymiş, onlardan 43 ev tamamilə dağıdılmış, 185 ev qismən dağıdılmış və 235-ə yaxın mal-qara tələf olmuşdur.

 

Aprel döyüşlərinin nəticəsi

Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur.Azərbaycan prezidenti İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, Aprel döyüşləri zamanı 2 min hektar ərazi işğaldan azad edilib.

Aprel döyüşləri vaxtı, hər iki ölkədə iqtidar və müxalifət eyni mövqeyi nümayiş etdirdi. Aprelin 29-da Ermənistanda üç yüksək rütbəli hərbi və müdafiə rəsmiləri Aprel döyüşlərində uğursuzluğa görə işdən qovulmuşdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR