Slimfit
  1. DÜNYA

"Apple"ın yeni proqnozu nefti də vurdu

"Apple"ın yeni proqnozu nefti də vurdu
Sakura

"Apple"ın yeni proqnozu nefti də vurdu

Qlobal iqtisadiyyatın sağlamlığına dair investor qorxuları yenidən artıb. FED.az xəbər verir ki, bununla əlaqədar olaraq risk iştahı azalıb və neft qiymətləri düşür. 

Texnologiya nəhəngi "Apple Inc." satış və gəlir proqnozlarını aşağı salıb. "Apple"ın proqnozlarını aşağı salması, ABŞ və Çin arasında ticarət müharibəsinin dünyanın ən böyük iki iqtisadiyyatına zərər verməsinin əlaməti kimi qiymətləndirilir. 
 
Vaşinqtondakı siyasi qarışıqlıq və qlobal mərkəzi bankların faiz artırması ilə yanaşı, ticarət münaqişəsi neft üzərində təzyiq yaradır. İnvestorlar, ABŞ-da neft hasilatının artmasına görə, OPEC və tərəfdaşlarının hasilatı azaltmaq strategiyasının səmərəli olacağından şübhələnirlər. 

Analitiklər bildirilər ki, neft, o cümlədən bir çox əmtəələr, zəif iqtisadi göstəricilər və "Apple"ın gəlir proqnozunu aşağı salınmasının ardından ucuzlaşır. "Apple"ın gəlir proqnozunu aşağı salması Çinin iqtisadi artımının yavaşladığına işarədir. 

Qərbi Texas nefti (WTI) 1.15 dollar düşərək 45.39 dollara, Brent nefti 1,1% ucuzlaşaraq 54.32 dollara enib. Brent nefti ötən gün 2.1% bahalşma ilə 54.91 dollara yüksəlmişdi. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR