Dərc edildi: Baxış sayı: 772
“Apple”a gözlənilməz zərbə - “iPhone" bahalaşacaq
Çində yayılan yeni tip koronavirus “Apple” şirkətinin fəaliyyətinə də təsirsiz ötüşməyib.
Publika.az xəbər verir ki, epidemiya yeni istehsal olunan cihazların təqdimat tarixini gecikdirə bilər.
İstehsaldakı gecikmə sadəcə məhsulların sayına deyil, eyni zamanda bazara çıxarılan “iPhone” modellərinin qiymətlərində artıma səbəb olacaq.
Çin fabriklərindəki “iPhone” istehsal proqramında gecikmə yaşandığını açıqlamayan sektora yaxın qaynaqlar “Apple” tədarükçülərinin bu mərhələdə 30-50% potensialla işlədiyini söyləyir.
Qeyd edək ki, şirkət yeni “iPhone 9” modelini mart və ya aprel ayında müştərilərinə təqdim etməyi planlaşdırır.
Zümrüd
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət