Apple yeni iPhone modellərini qeydiyyatdan keçirdi
Ens.az xəbər verir ki, Apple şirkəti 11 yeni iPhone modelini qeydiyyatdan keçirib.
Müvafiq informasiya Avrasiya İqtisadi Komissiyasının saytında yerləşdirilmişdir.
11 qadcet bu kodlarla qeydiyyatdan keçirilib: A2111, A2160, A2161, A2215, A2216, A2217, A2218, A2219, A2220, A2221 və A2223. Media güman edir ki, bunlar iPhone-un yeni modelləri ola bilər.
Qeydiyyatdan keçirilmiş böyük sayda cihazları müxtəlif variantda smartfonlarla əlaqələndirirlər. Belə ki, ilk kodlar iPhone Xr-in varisi, digərləri isə iPhone 11 və iPhone 11 Max smartfonlarının varisləridir.
Amma, qeydiyyat kartında bildirildiyi kimi bütün yeni modellər iOS 12 üzərində işləyir. Bu məlumatlar ekspertlərdə suallar yaradıb. Axı Apple yeni smartfonlarını sonuncu versiya ƏS ilə reallaşdırır. Buna görə də yeni iPhone-lar 3 iyunda təqdim olunacaq iOS13-ü dəstəkləməlidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət