Apple xakerlərə xüsusi iPhone verəcək
Apple öz cihazlarının təhlükəsizliyini artırmaq istəyir. Bunun üçün o, xakerlərə iPhone və İmac-ın xüsusi daha “açıq” versiyalarını təqdim edəcək. Onlarla güvən açıqlığını müəyyən etmək mümkün olacaq.
Xakerlərin əldə edəcəyi iPhone versiyaları açıq imkanları ilə seçiləcək. Xakerlər onunla əməliyyat sisteminin fraqmentlərinə daxil ola biləcəklər. Forbes məlumat verir ki, xakerlər hücum olanda nəyin baş verdiyini anlaya biləcəklər.
Bununla belə Apple kənar mütəxəssislərə cihazlara tam girişi təmin etməyəcək: xakerlərin imkanları Apple-ın özünün mütəxəssislərinin səlahiyyətləri ilə müqayisədə məhdud olacaq.
Təhlükəsizliyin artırılmasından başqa, Apple-ın cihazı , kənar mütəxəssislərə verməsinin digər səbəbləri də ola bilər. Apple, proqramının iştirakçılarını yoxlayır və yəqin ki, cihazlar üzərində nəzarəti qoruyub saxlayacaq, Forbes qeyd edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət