Dərc edildi: Baxış sayı: 542
“Apple” şirkəti Çindəki mağazalarını yenidən açır
ABŞ-ın “Apple” şirkəti koronavirusa görə Çində bağladığı 42 mağazasının 69%-ni və ya 29-nu yenidən açıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, açılan mağazaların əksəriyyətində məhdud iş saatları tətbiq olunacaq.
Qeyd edək ki, “Apple” koronavirusun yayılmasını nəzərə alaraq fevralın əvvəlində regiondakı mağazalarını bağlamaq qərarına gəlmişdi.
Ötən həftə şirkət koronavirusun bu ilin ilk rübündə gəlirlərə ciddi təsir etsə də, proqnozlaşdırdıqları 63-67 milyard ABŞ dolları məbləğində gəlir hədəfinə çatacaqlarını açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət