Slimfit
  1. DÜNYA

"Apple" "Qualcomm"u 6 dollara görə məhkəməyə verdi

"Apple" "Qualcomm"u 6 dollara görə məhkəməyə verdi
Sakura

"Apple" və "Qualcomm" arasında davam edən patent mübahisələri "Apple"ın 5G strategiyasına təsir göstərməyə…

"Apple" və "Qualcomm" arasında davam edən patent mübahisələri "Apple"ın 5G strategiyasına təsir göstərməyə başlayıb.

Fins.az xəbər verir ki, "Apple" "İPhone XS Max" "iPhone XS" və "iPhone XR"də "Qualcomm" markalı modemlərdən istifadə etmək istəsə də, "Qualcomm" bu tələbi rədd edib. Bu isə "Apple" şirkətini 2020-ci ilə qədər hazır olmayacaq "Intel" modemlərini seçməyə məcbur edib.

Beləliklə, "Apple" 5G texnologiyasına keçiddə geri qalmaq istəmədiyi üçün "Qualcomm"un modem satmamaq barədə qərarı ilə bağlı məhkəməyə müraciət edib.

ABŞ Ticarət Komissiyasına açıqlama verən "Apple" COO-su Cef Vilyams hər cihaz üçün 1,5 dollar təklif etdikləri halda "Qualcomm"un 7,5 dollar tələb etdiyini və qiymətlər arasındakı kəskin fərqin anlaşmazlığa gətirib çıxardığını deyib.

Qeyd edək ki, iki şirkət arasında mübahisə 2017-ci ildə "Apple"ın "Qualcomm"u haqsız patent şərtləri ilə bağlı məhkəməyə verməsi ilə başlamış, sonrasında isə "Apple" tərəfindən patent şərtlərinin pozulması iddia edilərək münasibətlər daha da korlanmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR