Apple məhsulları Bakıda da bahalaşıb? – Açıqlama
Apple şirkətinin koronavirusla əlaqədar olaraq Çindəki bütün mağazalarının, həmçinin, Ayfon smartfonlarının yığıldığı iki ən iri fabrikin fəaliyyətini dayandırdığı və bu səbəbdən sözügedən brendin qiymətinin dəyişdiyi barədə məlumatlar yayılır.
Məsələ ilə bağlı Axar.az Azərbaycanda fəaliyyət göstərən elektronika mağazaları ilə əlaqə saxlayıb.
“Baku Elektroniks”dən saytımıza bildirdilər ki, hələlik heç bir qiymət artımı yoxdur.
“Bizdə qiymətlərdə dəyişiklik yoxdur, hazırda əvvəlki qiymətlərlə satış həyata keçirilir. Amma ola bilər ki, qiymətlərdə artım olsun. İndidən bu haqda dəqiq məlumat verə bilmərik”, - deyə mağazanın əməkdaşı bildirib.
“İrşad Elektroniks”in marketinq şöbəsinin əməkdaşı isə bu haqda mətbuata heç bir açıqlama vermədiklərini bildirib:
“Bizə Ayfon telefonlarının qiymətləri ilə bağlı çox zənglər olur. Lakin şirkət olaraq bu məsələ ilə bağlı açıqlama vermirik”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət