Slimfit
  1. TEXNOLOGİYA

“Apple” kənar şəxslərin danışıqları dinləmə problemini aradan qaldırdı

“Apple” kənar şəxslərin danışıqları dinləmə problemini aradan qaldırdı
Sakura

“Apple” kənar şəxslərin danışıqları dinləmə problemini aradan qaldırdı

ABŞ-ın “Apple” şirkəti “FaceTime”ın audio və video-zəngləri üçün tətbiqdə mövcud olan proqram səhvini aradan qaldırıb. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, həmin səhv sayəsində kənar şəxslər başqasının danışığına qulaq asa bilirdilər.
 
Müvafiq yeniləmə gələn həftədən etibarən istifadəçilər üçün əlçatan olacaq. Şirkət, həmçinin sözügedən səhv barədə məlumat verdiklərinə görə “Apple” smartfon istifadəçilərinə təşəkkür edib, eləcə də həmin nasazlıqla üzləşən hər kəsdən üzr istəyib.
 
Şirkətin nümayəndələri qeyd ediblər ki, “Apple” səhv barədə öyrənən kimi dərhal “FaceTime”da qrup zəngləri funksiyasını bağlamaq qərarına gəlib və problemin həllini axtarmaqla məşğul olub.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR