Slimfit
  1. TEXNOLOGİYA

"Apple" istifadəçilərdən üzr istədi - Ödənişsiz təmir edəcəklər

"Apple" istifadəçilərdən üzr istədi - Ödənişsiz təmir edəcəklər
Sakura

"Apple" istifadəçilərdən üzr istədi - Ödənişsiz təmir edəcəklər

“Apple” korporasiyasına məxsus sürətlə alıcı kütləsi qazanan “iPhone 8” smartfonlarının qüsurlu istehsal edildiyi müəyyən olunub.

Publika.az xəbər verir ki, bu barədə şirkətin rəsmi səhifəsində məlumat yerləşdirilib. Məlumata görə, qüsurlu istehsal edilən “iPhone 8”-lərin sistem lövhələri xarabdır. İstehsal qüsuru 2017-ci ilin sentyabrından 2018-ci ilin martınadək ABŞ, Avstraliya, Çin, Hindistan, Yaponiya, Yeni Zelandiya və başqa ölkələrdə satılmış az sayda qurğuda aşkar edilib.

Məlumatda qeyd edilib ki, istehsal zamanı yol verilən qüsur səbəbindən həmin telefonların anidən yüklənə, dona, hətta açılmamaq üzrə sönmə ehtimalları var. “Apple” korporasiyası qüsurlu smartfonları ödənişsiz təmir etməyə dair söz verib və istifadəçilərdən üzr istəyib.

Bundan başqa qeyd edilib ki, bu problem “iPhone 8 Plus” və şirkətin başqa modellərində aşkarlanmayıb.

Korporasiyanın saytında təmirə ehtiyacı olan “iPhone 8” modelləri haqda öyrənmək olar. Bunun üçün qurğunun alındığı region və seriya nömrəsini qeyd etmək kifayətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR