Apple-ın sonuncu modeli iPhone XS-in ən çox müzakirə edilən xüsusiyyəti eSİM nədir?
Smartfon texnologiyasında böyük inqilaba başlayan Apple sonuncu məhsulu iPhone XS-i ötən həftə təqdim etdi. Yeni telefonun ən çox müzakirə olunan xüsusiyyəti isə eSİM texnologiyasıdır.
Bu günlərdə texnologiya inkişaflarını yaxından izləyən insanlar üçün eSİM ən çox istifadə edilən kəlmələrin başında dayanır.
eSIM-in nə məna kəsb etdiyi, həyatı dəyişdirəcək bir dəyişiklik olub-olmadığı müzakirə edilir. Yeni texnologiya ilə bağlı bilməyiniz lazım olan məlumatlar:
eSİM tam olaraq nədir?
eSİM elektron SİM kartdır… Başdakı "e" hərfi isə ingiliscə "embedded" (əlaqədar) kəlməsinin qısaldılmış formasıdır.
Telefona taxılan ağ rəngli plastik kart olaraq tanıdığımız SİM kartların əksinə olaraq eSİM əlimizlə toxuna biləcəyimiz fiziki kart deyil. Bu, smart telefonunuza əlavə ediləcək bir çipdən ibarətdir.
Lakin eSİM-in işləməsi üçün mobil telefon operatorlarının bu yeni texnologiyanı dəstəkləməsi lazımdır. Buna görə də yeni iPhone-lardan (XS və ya XS Max) birini almaq istəyirsinizsə, operatorunuzun bu yeni texnologiyanı dəstəkləməsindən əmin olmalısınız.
Yeni eSİM keçmiş SİM kartlardan nə ilə fərqlənəcək?
eSİM-lərlə artıq yeni bir telefon nömrəsini istifadə etmək üçün plastik SİM kartı dəyişdirmənizə ehtiyac qalmayacaq. eSİM bir telefonda iki xəttdən istifadə etməyə imkan verir.
Məsələn, bir xətti iş üçün istifadə edərkən, digər xətti şəxsi həyatınız üçün istifadə edə bilərsiniz. Lakin eyni anda sadəcə birindən istifadə edə biləcəksiniz.
Bundan başqa bu iki xəttdə, internet və danışıq ödənişləri baxımından da bir-birindən fərqli paketləri seçə biləcəksiniz.
Apple iPhone XS tamamilə yeni bir texnologiyadanmı istifadə edir?
eSİM texnologiyası yeni deyil. Samsung 2016-cı ildə istehsal etdiyi smart saatı Gear S2-də bu texnologiyadan istifadə edib.
Apple smart saatının üçüncü versiyasında bu texnologiyanın bütün xeyirlərindən yararlanıb. eSİM-in nano SİM kartlarından daha kiçik olması onları smart saat seqmenti üçün ideal edır.
Google-un məhşur smartı Pixel 2-də də eSİM yer alıb, lakin dünya miqyasındakı bütün operatorlar hələ ki, bunu dəstəkləmir.
eSİM-lər necə işləyir?
Bu texnologiyanın operatorlar və ya fərqli xəttlər arasında keçid etməyi çox asanlaşdırması ilə yanaşı daha mühüm bir üstünlüyü də var.
Bu da onun yenidən yazıla bilməsidir. Bunun sayəsində yeni bir plastik kartı gözləmədən yalnız bir telefonda operatoru dəyişdirə biləcəksiniz.
eSİM-lərlə fərqli cihazları bir mobil hesaba bağlamaq da daha asan olacaq.
Yeni telefonda eSİM-dən istifadə etməmək mümkündürmü?
Bütün yeni iPhone-lar fiziki olaraq SİM kart yerləri ilə birlikdə gələcəklər. Yəni əgər istəmirsinizsə, hələki iPhone eSİM-dən istifadə etmək məcburiyyətində deyilsiniz.
eSİM-dən dünyanın hər yerində istifadə oluna bilərmi?
Yeni eSİM texnologiyası mobil operatorlar birliyi, Qlobal Mobil Əlaqə Sistemi (GSMA) tərəfindən dəstəklənir.
Dolayısı ilə, ən əzından nəzəriyyəyə görə dünyanın hər yerində istifadəsi mümkün olmalıdır. Lakin təcrübədə bu yeni texnologiya geniş olaraq dəstəklənməyə başlamayıb.
Hazırda yalnız 10 ölkədəki operatorlar eSİM xidmətini təklif edir. Bunlar Avstriya, Kanada, Xorvatiya, Çexiya, Macarıstan, Hindistan, İspaniya, Böyük Britaniya və ABŞ-dır. (Buradakı operatorların hamısı deyil)
Yeni texnologiya istehlakçıların işinə yarayır, yoxsa istehsalçıların?
Bütün yeni texnologiyalar kimi eSİM-in də əksiklikləri və üstünlükləri var.
Xəttlər və operatolar arasında keçidin asanlaşdırılmasından başqa, bunun kimi yeni məhsulların texnologiya asılılığını yeni ölçülərə aparacağı narahatlığı da dilə gətirilir.
Sahibkar Belinda Parma kimi mütəxəssislər "İstehlakçının xeyrini düşünən varmı?" sualını dilə gətirməsi bunun əhəmiyyətini vurğulayır.
Mənbə: BBC.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət