Slimfit
  1. TEXNOLOGİYA

Apple gözlərin köməyilə idarə olunan AR eynəklərini patentləşdirir

Apple gözlərin köməyilə idarə olunan AR eynəklərini patentləşdirir
Sakura

2021-ci ilin sonlarına və ya 2022-ci ilin əvvəlinə qədər satışa çıxmayacaq.

Ens.az bildirir ki, Apple şirkəti baxışın köməyi ilə AR-eynəyi idarə etmə texnologiyasına patent sifarişini verdi. Sistem gözlərin hərəkəti, göz qırpma və bir nöqtədə fokuslama əsasında istifadəçinin hərəkətlərini müəyyən edəcək

Sızan çoxsaylı məlumatlara görə, yenilikçi Apple Eynək (Glasses) üç ildən çoxdur inkişafdadır və tezliklə kütləvi auditoriyaya təqdim ediləcək. Apple və Foxconn artıq prototip AR eynəyinin sınaqlarına başlamış və eyni zamanda qadjet idarə etmək üçün bir neçə texnologiyanı patentləşdirmişlər. Son tətbiq qadjetın idarə edilməsinin yeni bir üsuluna - baxışın köməyi ilə idarə olunmasına həsr edilib.

 

Patent müraciətindəki təsvirə əsasən, Apple Glasses çərçivəsində elə də çox düymə olmayacaq, maksimun - kiçik sensorlu panel və AR eynəyini yandırmaq və söndürmək üçün düymə. Apple Glasses sahibləri cihazda görünəcək rOS əməliyyat sistemi ilə qarşılıqlı əlaqə yaratmaq üçün öz gözlərindən istifadə edəcəklər. Məsələn, tətbiqləri bağlamaq üçün, ekranın altından yuxarıya, iOS və iPadOS interfeysinin son versiyasında olduğu kimi baxışları "sürüşdürmək" tələb olunacaq. İstifadəçi menyudan müəyyən bir element seçmək istəyirsə, gözlərini qərpmalı və ya bir neçə saniyə işarəyə fokuslanmalı olacaq.

Bundan əlavə, Apple, Siri idarəetmə üçün çərçivəyə mikrofon və dinamiklər dəsti quraşdıracaq. Səs köməkçisi Apple Eynəklər sisteminə tam inteqrasiya ediləcək və istənilən proqramı idarə edə biləcək.

Patent yanlış həyəcan siqnallarının qarşısını almaq üçün göz kalibrləmə texnologiyasını da təsvir edir. Aktivləşdirmə zamanı eynək gözlərin vəziyyətini təhlil edəcək və sistemlə qarşılıqlı təsir üçün "ilkin mövqeyi" düzəldəcək.

Bu, Apple-ın insan gözünə "giriş cihazı" kimi baxdığı ilk hadisə deyil. Ötən ay şirkət xarici cisimlərə diqqət yetirmək üçün göz hərəkətini izləyən bir sıra sensorlar patentləşdirdi. Apple qeyd edir ki, inkişaf təkcə Apple Eynəklərində deyil, həm də ekosistemin digər məhsullarında, o cümlədən iPhone, iPad, MacBook və Apple TV-də də tətbiq olunacaq.

Ekspertlərın fikrincə, Apple Eynəkləri bu ilin sonunda təqdim ediləcək, ancaq 2021-ci ilin sonlarına və ya 2022-ci ilin əvvəlinə qədər satışa çıxmayacaq.

Mənbə: hightech.plus

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR